Video 23:51 12.11.2021

Türkiyədə festivalın ilk mükafatı Arzu Əliyevaya verildi (VİDEO)

"Korkut Ata” Türk Dünyası Film Festivalında ilk mükafat Azərbaycana verilib.

Bu barədə Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağcı Tvitter hesabında paylaşım edib.

O bildirib ki, Qarabağ zəfərindən bəhs edən "BİZ” sənədli filminin ərsəyə gəlməsindəki dəstəyə görə mükafat Bakı Media Mərkəzinin Prezidenti Arzu Əliyevaya təqdim edilib.