Dünya 14:41 01.06.2013

Türkiyədə internet kəsilə bilər

Sosial şəbəkələrdə yayılan məlumatlara görə təxminən 2 saatdan sonra Türkiyədə internet kəsiləcək.

Qaynar.info xəbər verir ki, buna səbəb İstanbulun mərkəzində 2 gündür davam edən etiraz mitinqləridir. Belə ki, yerli media orqanlarında mitinqlər haqqında məlumat vermir, lakin insanlar sosial şəbəkələr vasitəsi ilə hadisələri anbaan internetdən yayımlayır. Gürünür, bu, Türkiyə hökumətini ciddi təşvişə salıb. 

Qeyd edək ki, etriraz mitinqləri davam edir. 

Qaynar.info