Dünya 23:31 19.12.2020

Türkiyədə koronavirusa yoluxanların sayı 2 milyonu keçdi

Türkiyədə son 24 saat ərzində yeni növ koronavirusdan (COVİD-19) daha 241 nəfər vəfat edib.

Qaynarinfo xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Bununla da Türkiyədə koronavirusdan ölənlərin ümumi sayı 17 851 nəfərə çatıb.

Eyni zamanda ölkədə 22 195 yeni yoluxma halı qeydə alınıb, yoluxanların ümumi sayı 2 004 285 nəfərə çatıb.