Sağlamlıq 22:03 30.03.2020

Türkiyədə koronavirusa yoluxanların sayı on mini ötdü

Türkiyədə koronavirusa yoluxma hallarının sayı bir gün ərzində 1,6 min artaraq, 10 827-ə çatıb.

"Report” xəbər verir ki, bu barədə ölkənin səhiyyə naziri Fahrettin Koca bildirib.

O qeyd edib ki, daha 37 nəfər koronavirusun qurbanı olub, bununla da ölkədə koronavirusdan ölənlərin ümumi sayı 168 nəfərə yüksəlib.

"Bu gün 11 535 test keçirilib, onlardan 1 610-u müsbət olub, bizdə 10 827 koronavirusa yoluxmuş var. Biz bu gün 37 pasiyent itirdik, ölənlərin ümumi sayı 168 nəfərdir. Cəmi 162 pasiyent sağaldılar, 725 reanimasiyadadır", -