Dünya 21:26 05.04.2020

Türkiyədə koronavirusdan ölənlərin sayı 574 nəfərə çatdı

Türkiyədə koronovirusdan ölənlərin sayı 574 nəfərə çatıb.

Qaynarinfo xəbər verir ki, bu gün daha 73 nəfər infeksiyadan dünyasını dəyişib.

Son 24 saatda 20065 şübhəli koronavirus testindən keçirilib. Onların 3135 nəfərində virus aşkarlanıb. 

Qeyd edək ki, Türkiyədə indiyədək 27069 nəfər koronavirusa yoluxub. Onlardan 574 nəfəri ölüb, 1042 nəfər sağalıb. 25453 nəfər müalicəsini davam etdirir ki, onlardan 1381 nəfərinin vəziyyəti ağırdır.