Türkiyədə koronavirusdan müalicə olunan həmyerlimizin son vəziyyəti (VİDEO)
Xəbər verdiyimiz kimi, Türkiyədə koronavirusa yoluxanların sayı 5698-ə, ölənlərin sayı isə 92-yə yüksəlib.
Qaynarinfo Real TV-yə istinadən bildirir ki, virusa yoluxanların arasında bir soydaşımız da var. Canlı bağlantıya qoşulan Azərbaycanın Türkiyədəki səfiri Xəzər İbrahim onun vəziyyəti barədə danışıb.
"O, hal-hazırda xəstəxanadadır. Şükürlər olsun ki, onun vəziyyəti qənaətbəxşdir. Biz davamlı olaraq onun özü ilə də, xəstəxana ilə də əlaqədəyik. Deyirlər ki, çox güman ki, onu martın 30-da artıq xəstəxanadan çıxaracaqlar və evinə gedə biləcək”, - deyə səfir bildirib.
X.İbrahim səfirlik əməkdaşlarının xüsusi rejimdə işlədiyini əlavə edib.
DİQQƏT! Qaynarinfo.az-ın açıq materiallarının olduğu kimi surətini çıxarmaq, digər saytlara yerləşdirmək, yaymaq qadağandır. Qanunvericiliyə əsasən açıq materialların yalnız 1/3 hissəsindən istifadə etmək olar. Əks halda məsələ məhkəmə predmeti ola bilər!
Şərhlər