Dünya 18:10 18.03.2018

Türkiyədə milyarder və bacılarını qaçıran şəxslər həbs olundu

İranlı milyarder iş adamı A.S. və bacıları İstanbulda özlərini təhlükəsizlik xidmətinin əməkdaşları kimi təqdim edən 3 naməlum şəxs tərəfindən qaçırılıb.

Qaynarinfo xarici KİV-ə istinadən xəbər verir ki, iranlı turistlər tətil üçün Türkiyədə olarkən oktyabrın 24-də 3 nəfər tərəfindən qaçırılıb və onların 500 min avro dəyərində ziynət əşyaları oğurlanıb.

Ailələrinin hadisə ilə bağlı polisə məlumat verməsindən sonra araşdırmalara başlanılıb. İstintaq başladıqdan 30 saat sonra qaçırılan turistlər sərbəst buraxılıb. Onları fidyə üçün oğurlayan şəxslərin İngiltərəyə qaçdıqları məlum olub.

İşi planlaşdıran və beynəlxalq qruplaşmanın üzvü olan "Lorient" adlı belçikalı şəxs Atatürk Hava Limanında saxlanılıb. 1 belçikalı, 2 iranlı və 3 türkiyəli qruplaşma üzvü isə xüsusi əməliyyatla saxlanılıb və həbs olunub.