Dünya 15:12 17.07.2017

Türkiyədə partlayış: 17 hərbçi yaralanıb

Türkiyənin Hakkari bölgəsindəki Yüksekova rayonunda hərbçilərə qarşı ağır terror aktı törədilib.

"Qaynarinfo"nun Türkiyə mediasına istinadən məlumatına görə, hadisə nəticəsində 4-ü ağır olmaq 17 hərbçi yaralanıb. Yaralılar xəstəxanaya çatdırılıb.

Partlayıcı qurğunun əvvəlcədən PKK terrorçuları tərəfindən yola qoyulduğu bildirilir.

Məlumatda deyilir ki, hərbçiləri daşıyan maşının keçdiyi yola əvvəlcədən basdırılmış partlayıcının işə salınması ilə partladılıb. 

Antiterror əməliyyatları keçirmək üçün bölgəyə əlavə təhlükəsizlik qüvvələri cəlb olunub.

Qaynarinfo.Az