Video 15:25 05.07.2019

Türkiyədə partlayış: ölənlər və yaralananlar var (VİDEO)

Türkiyənin Hatay vilayətinin Reyhanlı qəsəbəsində nəqliyyat vasitəsi partladılıb.

Qaynarinfo CNNTürk-ə istinadən xəbər verir ki, Mehmet Akif Ersoy küçəsində baş verən hadisə nəticəsində 3 suriyalı ölüb, yaralıların olduğu bildirilir. 

Ölkə prezidenti Rəcəb Tayyib Ərdoğan məsələ ilə bağlı açıqlama verərək avtomobilin içində bomba olduğunu və hadisənin detallarının tezliklə müəyyənləşəcəyini deyib.

Gülşən