Dünya 10:32 08.08.2017

Türkiyədə "Hero" qalmaqalı

Türkiyədə "Hero" qadağası davam edir.

"Qaynarinfo" xəbər verir ki, Adanada "Hero" yazılı köynək geyinən şəxs vətəndaşların polisə verdiyi məlumatla kafelərdən birində yemək yediyi vaxt nəzarətə alınıb. 

Saat 23:30 radələrində baş verən hadisə zamanı təşviş içərisində polislərin əhatəsində maşına mindirilən şübhəli nə olduğunu anlamadığını və köynəyində nə yazıldığını bilmədiyini söyləyib. Nəzarətə alınan şəxsin yaşı və adı açıqlanmayıb. 

Xatırladaq ki, 15 iyul çevriliş cəhdi zamanı 2 polisin ölümünə səbəb olan hadisənin günahkarlarından biri məhkəməyə eyni ilə bu tipli, üzərində "Hero" - "qəhrəman" yazılan köynəklə çıxmışdı. Hazırda Türkiyədə bu tipli bütün geyimlərin yığışdırılması ilə bağlı təlimat da verilib. 

Nərmin Həsənli

Qaynarinfo.Az