Dünya 10:28 08.04.2019

Türkiyədə sərnişin avtobusu qəzaya uğradı: 30 yaralı var

Türkiyənin Sakarya şəhərindən Ankara istiqamətində hərəkət edən sərnişin avtobusu qəzaya uğrayıb.

Qaynarinfo xəbər verir ki, hadisə nəticəsində 30 sərnişin yaralanıb, 5-inin vəziyyəti ağırdır. Əraziyə çox sayda təcili yardım qrupu cəlb edilib.

Qəzaya sürücünün avtobusa nəzarəti itirməsi səbəb olub. 

Gülşən