Foto 18:57 08.08.2018

Türkiyədə təbii fəlakət: insanlara evlərindən çıxmamaq tapşırıldı (FOTOLAR)

Türkiyənin Qaradəniz bölgəsində sel fəlakəti yaşanır.

Qaynarinfo yerli mediaya istinadən xəbər verir ki, dayanmadan yağan güclü yağış selə səbəb olub. Orduda 4 körpü dağılıb. Qaradəniz sahil yolu tamamilə bağlanıb. Ünye və Fatsada köməksiz vəziyyətdə qalan insanlar var.

Artıq daxili işlər naziri Süleyman Soylu bölgəyə yollanıb. Ordu valiliyi vətəndaşları evlərindən çölə çıxmamağa çağırıb. Şəhərdəki tuneldə zincivari qəza baş verib, bir neçə maşın alışıb. Samsunda Şarqi Qaradənizə avtobusların və yük maşınlarının keçişi qadağan edilib. 

Ünye bələdiyyə sədri Ahmet Çamyar bildirib ki, təbii fəlakət nəticəsində həlak olan olmasa da, 4 nəfər yaralanıb. 165 nəfər xilasediciləri gözləyir.

Ordu bələdiyyə sədri Enver Yılmazın sözlərinə görə, 8 körpü dağılıb, 500 nəfər təbii fəlakətdən əziyyət çəkib. Tonlarla fındığı sel suları Qara dənizə aparıb.

Çaybaşı bələdiyyə sədri İsmet Yanık bildirib ki, 20 gün ərzində bölgədə 3 dəfə sel olub: "Öz imkanlarımız hesabına təbii fəlakətlə mübarizə apararıq. Nəqliyyat yolları tamamilə sıradan çıxıb. 6 məhəllə ilə əlaqə kəsilib. 30 ton fındıq sel sualarına qərq olub".

Aydın