Video 23:26 24.05.2021

Türkiyədə təcili eniş edən Azərbaycan hərbi helikopteri təmir olunaraq qəza bölgəsindən ayrılıb (VİDEO)

Mayın 20-də texniki nazaslıq səbəbindən Türkiyənin Tirebolu vilayətində təcili eniş edən Azərbaycan HHQ-yə məxsus Mİ-17 helikopteri təmir olunub.

"Haber Global”ın məlumatına görə, Amasyadakı Merzifon Hava Bazasına uçan helikopterin 6 nəfərlik heyəti vilayət rəhbərliyi tərəfindən qonaq qismində qarşılanıb.

Bu gün nəhayət ki, hərbi helikopterin mühərrikində yaranmış problemlər aradan qaldırılıb və Azərbaycan hərbçiləri qəza bölgəsini tərk edərək Amasiyaya yollanıblar.