Sənət 10:51 23.01.2020

Türkiyədə yaşayan azərbaycanlı “Hz.İsanın Quranı”nı təqdim edir

Türkiyədə fəaliyyətə başlamış Asasmedya.info saytının baş redaktoru, uzun zamandır qardaş ölkədə yaşayıb-yaradan şair Elçin Aslangilin yeni çıxan "Hz.İsanın Quranı” adlı romanının təqdimatı keçiriləcək.

Qaynarinfo xəbər veir ki, bu haqda Elçin Aslangil özü məlumat verib. 

Kitabın təqdimat mərasimi və imza günü 26 yanvar, saat 15:00-da Kitabevim.az-da keçiriləcək.

Maraqlanan hər kəs dəvətlidir.

Müəllifə yaradıcılıq uğurları arzulayırıq!