Video 15:55 28.01.2020

Türkiyədə yenidən güclü zəlzələ oldu (VİDEO)

Türkiyədə yenidən güclü zəlzələ olub.

Qaynarinfo xəbər verir ki, bu dəfə yerli təkan Manisada qeydə alınıb. Kandilli Rəsətxanasının məlumatına görə, yerli vaxtla 14:26-da baş verən zəlzələ 5.1 bal gücündə olub. Yeraltı təkanların episentri Manisanın Kırkagac rayonunda 9.1 km dərinlikdə yerləşib. Zəlzələ İstanbul, İzmir və Bursa kimi şəhərlərdə də hiss olunub. 
 
Təbii fəlakət nəticəsində 6 gün əvvəlki zəlzələdə zərər görən və boşaldılan bir bina uçub, 2 binaya isə ciddi zərər dəyib. Manisa Valiliyi ölən və ya yaralananların olmadığını açıqlayıb.

Qeyd edək ki, yanvarın 24-də yerli vaxtla saat 20:55-də Türkiyənin Elazığ vilayətinin Sivricə rayonunda 6,8 bal gücündə zəlzələ olub. Yeraltı təkan dağıntılara səbəb olub, 41 nəfər ölüb, 1607 nəfər xəsarət alıb.