Dünya 18:05 29.01.2020

Türkiyədə yenidən zəlzələ oldu (YENİLƏNİB)

 
Türkiyənin Marmaris bölgəsində 4.5 bal gücündə zəlzələ olub.

Qaynarinfo ölkənin Fövqəladə Halların İdarə Olunması Agentliyinə (AFAD) istinadən xəbər verir ki, yeraltı təkanlar bu gün yerli vaxtla saat 16.37-də qeydə alınıb. 

Zəlzələnin episentri 35 km dərinlikdə yerləşib. Dağıntı və tələfat barədə məlumat verilməyib. 

10.25

Türkiyədə yenidən 4,1 bal gücündə zəlzələ baş verib.

Qaynarinfo Türkiyə mediasına istinadən xəbər verir ki, bu gün səhər saatlarında Türkiyənin Aralıq dənizi regionunda 4,1 gücündə zəlzələ olub.  

Zəlzələ nəticəsində xəsarət alanlar və dağıntılar barədə hələlik məlumat verilməyib.
 
Alpər