Sağlamlıq 21:17 30.12.2021

Türkiyədə yerli TURKOVAC-la peyvəndlərə başlanıldı

Türkiyənin İstanbul şəhərində yerli TURKOVAC dərmanı ilə peyvəndlərə başlanılıb

"Report" TRT-yə istinadən xəbər verir ki, dərman artıq paytaxt sakinlərini peyvənd etmək üçün istifadə olunur.

Türkiyənin səhiyyə naziri Fahrettin Koca ötən gün Ankara Şəhər Xəstəxanasında gücləndirici doza olaraq yerli dərmanla peyvənd edilib.

Koca həmyerlilərini yerli təsirsizləşdirilmiş peyvəndlərə üstünlük verməyə çağırıb.

Türkiyənin Səhiyyə Nazirliyi daha əvvəl TURKOVAC peyvəndinin təcili istifadəsinə icazə verib.

Peyvəndin seriyalı istehsalı ölkənin cənub-şərqindəki Şanrurfa vilayətində təşkil olunub.