Dünya 13:26 14.09.2017

Türkiyədən Kürdüstan referendumu açıqlaması

Türkiyə höküməti İraqda keçiriləcək İraq Kürd dövlətinin müstəqillik referendumu barədə açıqlama verən İraq hökümətinin mövqeyinə münasibət bildirib.

"Qaynarinfo" xarici mediaya istinadən xəbər verir ki, rəsmi Ankara "İraq məclisinin Kürd Bölgə İdarəsi tərəfindən qəbul etdiyi referendum qərarının qeyri-qanuni qəbul edilməsi və rəddini məmnuniyyətlə qarşılayırıq" deyilib.

Qeyd edək ki, referendumun 25 sentyabrda keçirilməsi planlaşdırılır. İraq Kürd Bölgə İdarəsinin rəhbəri Məsud Bərzani referendum münasibətilə dünən təşkil edilən aksiyada "100 ildir müstəqilliyimizi gözləyirik, bu milli məsələ və tarixi bir qərardır. Kürdüstan xalqı öz müqəddəratını özü təyin etmək istəyir. Müstəqilliyimizin nəticələri ilə üzləşməyə hazırıq" bildirib.

Gülşən

Qaynarinfo.Az