Türkiyədən Misirlə gərginliyə səbəb ola biləcək müqavilə - Döyüş dronları

Türkiyədən Misirlə gərginliyə səbəb ola biləcək müqavilə - Döyüş dronları

Qahirə və Əddis-Əbəbə hazırda "Böyük İntibah” barajı üzərində uzun sürən bir "qarşıdurma" vəziyyətində olduğu üçün Türkiyə Efiopiyaya hücum PUA-larının tədarükü ilə bağlı Misirlə gərginliyə səbəb ola biləcək müqavilə imzalayıb.

Qaynarinfo xəbər verir ki, bu barədə Reuters yazır.

Sudan BMT Təhlükəsizlik Şurasını bir araya gələrək Efiopiya tərəfindən Mavi Nil çayı üzərində inşa edilən və Efiopiya, Sudan və Misirin iştirak etdiyi bir müharibənin katalizatoru ola biləcək "Böyük İntibah” barajı ətrafında vəziyyəti müzakirə etməyə çağırıb.

Qeyd edək ki, Efiopiya Misirin etirazılarına baxmayaraq, 2020-ci ildə "Hidase” HES-in su anbarını doldurmağa başlayıb.
 
Alpər
XƏBƏRLƏR
BLOGLAR
X