Dünya 16:23 12.09.2020

Türkiyəli aktyorun koronavirusdan öldüyü bilindi

Türkiyənin Malatya şəhərində "Zalo” filminin çəkilişlərində iştirak edən aktyor Halil Kumovanın ölümündən sonra keçirilən COVID-19 testinin nəticəsi pozitiv çıxıb.

Qaynarinfo Türkiyə mediasına istinadən xəbər verir ki, 64 yaşlı aktyorun koronavirus daşıyıcısı olduğu məlum olandan sonra çəkiliş iştirakçıları da analiz veriblər.

Onlardan 4 nəfərin COVID-19 testinin nəticəsi pozitiv çıxıb.