Video 11:10 12.01.2022

Türkiyəli futbolçunun öldüyü qəzanın görüntüləri yayıldı (VİDEO)

Türkiyə millisinin və "Konyaspor"un sabiq futbolçusu Ahmet Çalıkın dünyasını dəyişdiyi qəzanın görüntüləri yayılıb.
 
Qaynarinfo xəbər verir ki, Türkiyə məbuatı hadisənin qəza anının videosunu paylaşıb. 
 
Qəza saat 09:00 radələrində Gölbaşı səmtinin Hacılar məhəlləsində baş verib. Futbolçunun istifadə etdiyi "06 CLK 94" dövlət nömrə nişanlı avtomobil Ankara-Niğde yolunda sürücünün idarəetməni itirməsi nəicəsində aşıb.
 
Qəzanın baş verdiyi yerə təcili tibbi yardım əməkdaşları yetişsələr də Çalıkı ölümdən xilas etmək mümkün olmayıb.
 
 
Səbuhi Həsənov