Dünya 13:30 04.03.2020

Türkiyəli nazir İran nümayəndə heyətinə yox dedi: "Gəlməyin, Skype-la danışaq"

Türkiyənin səhiyyə naziri Fahrettin Koca İranın koronavirus məsələsini çox gec ciddiyə aldığını deyib.

Qaynarinfo xarici KİV-ə istinadən xəbər verir ki, nazir İrana verdikləri tövsiyələrdən söz açıb. Bildirib ki, İran Qum şəhərini vaxtında bağlasa idi, məsələ bu qədər  böyüməyə bilərdi.

"İrandakı epidemiya çox sürətlə irəlilədi. Qum şəhərini bağlamalarını tövsiyyə etdik, lakin dedilər ki, ehtiyac yoxdu. İndi isə vəziyyətin ciddiləşdiyini görüb, "Necə addım atacağıq" deyə kömək istəyirlər. Bizim Tədqiqat Mərkəzinə bir nümayəndə heyəti göndərib, məlumat almaq istədilər. Biz isə "Gəlməyin, Skype-la danışaq" dedik", - deyə Koca bildirib.

Camal