Baş nazirdən offşor iddialarına cavab

Baş nazirdən offşor iddialarına cavab

Türkiyənin baş naziri Binəli Yıldırım övladlarının offşor hesabları ilə bağlı iddialara münasibət bildirib.

"Qaynarinfo" xarici mediaya istinadən xəbər verir ki, Esenboğa havalimanında ABŞ-a səfər etmədən əvvəl açıqlama verən baş nazir ictimaiyyətə yeni təqdim edilən "Paradise" sənədləri barədə danışıb.
 
"Bir qəzet mən və ailəmin offşor şirkətləri barədə iddia ilə çıxış edir. Mən gəmiqayırma mühəndisiyəm, həyatım boyu dənizçiliklə məşğul olmuşam, siyasətə başlayanda isə işlərimi övladlarıma təhvil verdim. Onlar da öz işləri ilə məşğul olur. Siyasətə başlayan zaman onlara dövlətlə ticarət etməməyi, dövlət banklarına müraciət etməyi məsləhət görmüşəm. Dənizçilik beynəlxalq işdir və dünyanın hər yerində bununla məşğul olmaq mümkündür. Burada gizli bir şey yoxdur. İstənilən şəxsin ticarət arxivini asanlıqla əldə etmək olur. Qəzet 2008-ci ildə də bu məsələyə toxunmuş, bu faktı gizli və qanunsuz addım kimi təqdim etmişdi. Mənim toxunulmazlığım var, lakin övladlarımın yoxdur. Məsələ ilə bağlı istintaq prosesinin başlanmasını istəyirəm. Kiminsə doğru olmayan işlə məşğul olurmuş kimi təqdim olunması yolverilməzdir" deyərək övladlarının dövlətə ən çox vergi verən şirkətlərin sahibləri olduğunu vurğulayıb. 

Gülşən
Qaynarinfo.Az

Blogum-Qaynar
XƏBƏRLƏR
BLOGLAR