Dünya 17:18 22.04.2019

Türkiyənin Baş Konsulluğuna hücum edildi

Türkiyənin İsveçrənin Sürix şəhərindəki Baş Konsuluğuna hücum edilib.

Qaynarinfo xəbər verir ki, bu barədə Baş konsul Asiye Nurcan İpekçi açıqlama verib.

Onun sözlərinə görə, naməlum şəxslər Baş Konsulluğun binasına "Molotov kokteyli” atıblar. Polis artıq hücumla bağlı 3 gənci saxlayıb.

"İndiyədək həmin adamlar haqqında məlumat verilməyib. Qarşıdan gələn günlərdə məsələyə aydınlıq gətiriləcəyini düşünürük” deyə Asiye Nurcan İpekçi bildirib.