Foto 16:18 02.03.2018

Ağdənizi Azərbaycanla birləşdirəcək başıbəlalı yol: 4 prezident, 7 baş nazir dəyişdi...

Türkiyənin Şırnak və Cizrə rayonlarını birləşdirən və 1997-ci ildən tikintisinə başlanılan magistral yolun iyun ayında tamamlanması planlaşdırılır.

Qaynarinfo Türkiyə mətbuatına istinadən xəbər verir ki, yolun tikintisi müddətində Türkiyə 4 prezident və 7 baş nazir yola salıb. Tikintiyə 38 yük maşını, 12 ekskovator, 4 traktor, 1 buldozer, 2 qreyder, 2 asfaltçəkən maşın, 1 yerqazan buldozer, 110 işçi cəlb olunub.

İnşaat dəfələrlə PKK terrorçularının hücumuna məruz qalıb, texnikalar atəşə tutulub. Buna baxmayaraq işlər dayandırılmayıb.

Yolun tikintisi prosesində biri 700, digəri 800 metr uzunluğunda iki tunel xətti çəkilib.

Yeni magistral iki rayon arasındakı məsafəni 45 kilometrdən 37 kilometrə qədər azaldacaq və səyahət müddəti 45 dəqiqədən 15 dəqiqəyə enəcək.

Şırnak-Cizrə və Şırnak-Van yollarının tikintisi başa çatdıqdan sonra Qaradəniz bölgəsi İraq və Suriya, Ağdəniz bölgəsi isə İran və Azərbaycan sərhədi ilə əlaqələndiriləcək.