Ölkə 15:28 20.01.2022

Türkiyənin COVİD vaksini Azərbaycanda: Sınaqlar başladı

"Türkiyənin istehsalı olan "TURCOVAC” vaksini təhlükəsizdir".

Bunu Qaynarinfo-ya açıqlamasında həkim-infeksionist Namiq Nəbiyev deyib. Onun sözlərinə görə, sözügedən vaksin, demək olar, bütün sınaqlardan kecib və cox müsbət nəticələri var:

"Əvvəlki vaksinlərdən fərqi uzunmüddətli qoruyucu olması, təhlükəsizliyi və iqtisadi vəziyyət baxımından əlverişliliyidir. Azərbaycanda da ilkin müayinələrdən keçdikdən sonra nəticələr qənaətbəxş olsa, o zaman bizdə də istifadə ediləcək".

Qeyd edək ki, səhiyyə naziri Teymur Musayev mətbuata açıqlamasında yaxın günlərdə Azərbaycanda Türkiyə istehsalı olan "TURCOVAC” vaksininin kliniki sınaqlarına başlanılacağını bildirib. 

Bahar Rüstəmli