Dünya 10:26 19.03.2018

Türkiyənin Danimarka səfirliyinə molotov kokteyli ilə hücum

Türkiyənin Danimarkadakı səfirliyinə hücum təşkil edilib.

Qaynarinfo Türkiyə KİV-inə istinadən xəbər verir ki, 2 nəfər molotov kokteyli ilə səfirlik binasına hücum edib. Hadisə zamanı bina boş olub və heç kim xəsarət almayıb. Binaya kiçik maddi zərər dəydiyi deyilir.

Polis tərəfindən araşdırma aparılır.

Gülşən