Foto 19:33 06.08.2018

Türkiyənin iki universiteti Bakıda ortaq mətbuat konfransı keçirib (FOTOLAR)

Türkiyənin İstanbul Aydın Universiteti və Şimali Kipr Türk Respublikasının Kıbrıs Elm Universiteti Bakıda ortaq mətbuat konfrası keçirib.

Tədbirdə Kıbrıs Elm Universiteti(CSU) kordinatoru Emin Devrim Fidan, İstanbul Aydın Universitetinin(İAU) kordinatoru Səbinə Hüseynova və İstanbul Aydın Universitetinin Azərbaycan təmsilçisi Fərid Şahbazlı çıxış edərək Azərbaycan, Türkiyə və Şimali Kipr Türk Respublikası arasındakı təhsil əlaqələri, birgə layihələr və tələbə mübadiləsi məsələlərindən danışıblar.

Kıbrıs Elm Universiteti və İstanbul Aydın Universitetinin nümayəndələri təmsil etdikləri qurumlardakı təhsil şəraiti, tələbələr üçün yaradılan imkanlar və xüsusi olaraq azərbaycanlı gənclər üçün tətbiq etdikləri endirimlər haqqında məlumat veriblər.

Sonda media nümayəndələrinə adıçəkilən ali təhsil ocaqlarının xatirə hədiyyələri təqdim olunub.

Hər iki universitetlə bağlı geniş məlumatları www.aydin.edu.tr və www.csu.edu.tr saytlarından almaq olar.