Dünya 11:10 30.10.2020

Türkiyənin sabiq baş naziri vəfat etdi

Türkiyənin sabiq baş naziri Məsud Yılmaz İstanbulda dünyasını dəyişib.

Qaynarinfo Türkiyə mətbuatına istinadən xəbər verir ki, 73 yaşlı siyasətçi uzun sürət xəstəlikdən əziyyət çəkirdi.

Qeyd edək ki, "Ana Vətən” partiyasının keçmiş sədri Məsud Yılmaz Türkiyənin baş naziri, xarici işlər naziri, mədəniyyət və turizm naziri vəzifələrində çalışıb. O, indiyədək 6 dəfə millət vəkili seçilib.