Dünya 14:25 01.04.2018

Türkiyənin sevilən sənətçisi anası ilə eyni gündə öldü - 6 saat sonra

Türkiyənin sevilən musiqiçisi, komediya ustası, teatr sənətçisi və aparıcısı Ümit Çelik 80 yaşlı anası Nəzirə Çelikin vəfatındn 6 saat sonra dünyasını dəyişib.

Qaynarinfo Türkiyə mətbuatına istinadən xəbər verir ki, 58 yaşlı Ümit Çelik 15 gün öncə infarkt keçirdiyi üçün Kocaeli şəhərində özəl xəstəxanaya yerləşdirilmişdi. Xərçəng xəstəliyindən dünyasını dəyişən anasının ölüm xəbəri ona verilməsə də xəstəxanada Çelikin vəziyyəti birdən-birə pisləşib və anasından 6 saat sonra o da həyatını itirib.