Sənət 12:47 28.09.2020

Türkiyənin usta aktyoru Əli Sürməlinin beyninə qan sızdı

"Eşkiya dünyaya hökmdar olmaz" serialının usta aktyoru olan 61 yaşlı Əli Sürməlinin beyninə qan sızıb.


Qaynarinfo xəbər verir ki, aktyor keçən gecə birdən evdə qusmağa başlayıb. Zəhərləndiyini düşünən oğlu dərhal təcili yardım çağırıb. Həkimlərin ilk müdaxiləsindən sonra təcili yardımla Acıbadəm Xəstəxanasına aparılan Sürməlinin MRT analizindən sonra beyninə qan sızdığı məlum olub. Məşhur aktyor bundan sonra əməliyyat olunub. Xəbəri alan ailəsi və yaxınları da xəstəxanaya yığışıb.


61 yaşlı Sürməli əməliyyatdan sonra reanimasiyaya aparılıb. Aktyor Bəxtiyar Əngin beyin qanaması səbəbiylə əməliyyat olunan Əli Sürməlinin sağlamlıq vəziyyəti haqqında məlumat verib:

 

"Sevgili Əli Sürməli saat 01:00-da əməliyyatdan çıxdı. Son dərəcə uğurlu əməliyyatdan sonra reanimasiyaya aparıldı. Səhhəti yaxşıdır, həyati təhlükəsi olan vəziyyətini tamamilə üstələyib. Onun öz sözləri ilə desək, Allaha şükür ki, sovuşduq".