Dünya 09:44 14.08.2017

Türkiyədə avtobus qəzası: 4 ölü, 18 yaralı (FOTO)

Türkiyə paytaxtı Ankarada avtobusun qəzaya uğraması nəticəsində 4 nəfər ölüb, 18 nəfər yaralanıb.

“Report” "Haber7"yə istinadən xəbər verir ki, hadisə Ankara-Konya avtomobil yolunun 71 km-liyində olub.

Məlumata görə, sərnişin avtobusu inəyə çarpılaraq, yoldan çıxıb və aşıb.

Avtobus Erdekden Hataya gedirmiş.