Texnologiya 12:51 28.07.2018

"Twitter" 6.8 milyon dollar itirdi: 20 faiz ucuzlaşdı

"Twitter" sosial şəbəkəsinin səhmləri 20% ucuzlaşıb.

Qaynarinfo xəbər verir ki, şirkətin birjadakı dəyəri 33,29 milyard dollardan 26,45 milyard dollara düşüb və sosial şəbəkə 6 milyard 840 milyon dollar itki ilə üzləşib. Səhmlərin ucuzlaşması "Twitter"in hesabat yayımlanmasından, son ayda istifadəçi sayında müşahidə edilən azalmanı açıqlamasından sonra baş verib. Aylıq istifadəçi sayı 1 milyon azalaraq 335 milyona düşüb.

Şirkət ötən ilin ikinci rübündə 116,5 milyon dollar zərərlə üzləşmişdi, bu ilin eyni dövründə isə 100 milyon dollar gəlir qazanıb. Aprel-İyun aylarında isə gəlir ötən illə müqayisədə 24% artaraq 711 milyon dollara çatıb.

Qeyd edək ki, ötən günlərdə "Facebook" da eyni problemlə üzləşmiş, şirkətin rüblük hesabatından sonra sosial şəbəkə 20% dəyər itirmişdi.

Gülşən