Texnologiya 14:47 01.09.2017

"Twitter" ağcaqanadı hədələyən şəxsin hesabını bağladı

"Twitter" şirkətinin kiber cinatətkarlarla mübarizə məqsədilə yaratdığı süni intellekt robotları ağcaqanadı hədələyən şəxsin hesabını bağlayıb.

"Qaynarinfo" xarici mediaya istinadən xəbər verir ki, ağcaqanadı ölümlə hədələyən istifadəçinin hesabı bağlanıb. Yaponiyalı istifadəçi "Televizor izləyib istirahət etməyə çalışarkən niyə gəlib məni dişləyirsən? Gəbər! (Düzü artıq ölüb)" yazıb və "Twitter"dən hesabının daimi olaraq dondurulması barədə email alıb. Daha sonra başqa hesab açan bu şəxs "Ağcaqanadı öldürdüyüm üçün hesabım bağlandı. Bu istifadəçi şərtlərini pozmaqdır?" yazıb. 

Qeyd edək ki, "Twitter" təhqiredici ifadələri tanıyan alqoritm hazırlamışdı və bu, "Gəbər, öl" kimi ifadələrin senzuraya məruz qalmasına səbəb olur.

Gülşən

Qaynarinfo.Az