Texnologiya 13:19 03.11.2017

"Twitter" işçisi son iş günündə Trampın hesabını sildi

ABŞ prezidenti Donald Trampın "Twitter" hesabı şirkətdə son iş gününü keçirən bir işçi tərəfindən silinib.

"Qaynarinfo" xarici mediaya istinadən xəbər verir ki, "@realdonaldtrump" adlı səhifəyə 11 dəqiqə ərzində daxil olmaq mümkün olmayıb. Şirkət ilk açıqlamasında hesabın yanlışlıqla silindiyini desə də, sonradan bunun işdə son gününü keçirən müştəri xidmətləri üzvü tərəfindən edildiyi məlum olub. Daha sonra silinmə prosesi ləğv edilib və prezidentin hesabı geri qaytarılıb. 

Trampın 2009-cu ilin mart ayında açılmış hesabında 41 milyon izləyicisi var.

Qeyd edək ki, hadisə ilə bağlı istintaq prosesinə start verilib.

Gülşən
Qaynarinfo.Az