"Twitter" rəhbərinin hesabı ələ keçirildi

"Twitter"in qurucusu Cek Dorsinin saytdakı hesabı "hack" olunub.

Qaynarinfo xəbər verir ki, bu barədə şirkət məlumat yayıb. C.Dorsinin hesabından irqçi "tweet"lər atılıb. 

Naməlum şəxslər şirkət rəhbərinin istifadə etdiyi mobil nömrəsini taparaq Sim-kartın "double card"ını çıxarıb və profili ələ keçirib.

"Twitter" rəhbərliyi qısa müddət ərzində C.Dorsinin hesabını geri qaytarıb və nəzarəti bərpa edib.

Gülşən
XƏBƏRLƏR
BLOGLAR