Texnologiya 11:11 12.06.2020

"Twitter" Rusiya, Çin və Türkiyədən 32 min hesabı sildi (SƏBƏB)

"Twitter" rəhbərliyi Rusiya, Çin və Türkiyənin guya siyasi strukturları ilə əlaqəli olduğu iddia edilən 32 mindən çox hesabın bloklandığını bildirib.

Qaynarinfo xəbər verir ki, göstərildiyi kimi, sosial şəbəkə 32 min 242 hesabı bloklamaqla bərabər, onların bütün tvitlərini də silib. 

"Twitter" nümayəndəsinin sözlərinə görə, bu hesablar yuxarıdakı ölkələr tərəfindən "məlumat əməliyyatları" aparmaq üçün istifadə edilib.

Çindən silinən hesabların cəmi sayı 23 750 nəfərdir. Türkiyədən 7.340, Rusiyadan isə 1 152 hesab bloklanıb.
 
Alpər