Texnologiya 20:02 03.08.2019

Uçan motosikllər satışa çıxır

Yaponiyanın "ALI Technologies Inc.” startap şirkəti uçan motosikllər hazırlayıb.

Qaynarinfo xəbər verir ki, pilotsuz kiçik aparatların yaradılması ilə məşğul olan şirkət payızda keçiriləcək "Tokyo Motor Show” avtomobil sərgisində yeni məhsulunu nümayiş etdirəcək. "ALI Technologies Inc.” artıq uçan motosikllər üçün sifarişlərin qəbuluna başlayıb.

İlkin olaraq təxminən 100 motosiklin satışı nəzərdə tutulub. Yerdən 10 metr hündürlükdə uçan bu motosikllərin maksimal sürəti saatda 200 kilometrə çatır.