Foto 18:14 10.09.2018

Uçan taksilər nə vaxt istifadəyə veriləcək? (FOTOLAR)

Saatda 300 km sürətə çatacaq uçan taksilər 2022-ci ildə istifadəyə veriləcək.

Qaynarinfo xəbər verir ki, İngiltərənin "Vertical Aerospace" şirkəti tərəfindən hazırlanan model hazırda saatda 160 km sürətlə hərəkət edə bilir, lakin gələcəkdə bu rəqəm artacaq. Londondan Edinburq, Paris kimi səyahətlər bu taksilər vasitəsilə gerçəkləşdiriləcək. Şirkət 4 il ərzində lazımi rəsmi icazələri almağı planlaşdırır. Nəqliyyat vasitəsinin havalimanlarında sərnişin sıxlığını azaltması gözlənilir. Uçan taksilər əvvəlcə pilotlar tərəfindən idarə ediləcək. Lakin gələcəkdə süni intellekt vasitəsilə istifadə edilən pilotsuz taksilərin istehsalı planlar arasındadır.

Qeyd edək ki, hazırda bir çox şirkət uçan avtomobil layihəsi üzərində çalışır.

Gülşən