Ölkə 19:51 09.04.2019

Ucarda 4 nəfər torpaq uçqunu altında qaldı

Ucar rayonunda torpaq uçqunu baş verib. 

Report-un  məlumatına görə, hadisə bu gün axşam saatlarında Ucar şəhərinin mərkəzində qeydə alınıb. 

Uçqun "Azərsu” ASC tərəfindən qazıntı işləri aparılan zaman olub. Nəticədə 4 nəfər uçqun altında qalıb. Xəsarət alan şəxslər torpağın altından çıxarılaraq Ucar Rayon Mərkəzi Xəstəxanasına aparılıb. Onların şəxsiyyəti dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır.