Xəbər lenti

Ucarda yol qəzası 1600 abonentin qazsız qalmasına səbəb oldu
Ölkə 22:43 24.06.2021

Ucarda yol qəzası 1600 abonentin qazsız qalmasına səbəb oldu

Ucarda baş verən yol qəzasında 1600 abonent qazsız qalıb.

APA xəbər verir ki, hadisə bu gün axsam saatlarında H. Əliyev prospektində qeydə alınıb.

Ucar rayon sakini, 1991-cı il təvəllüdlü Həsən Tərlanovun idarə etdiyi "Chevrolet” markalı maşın ilə Qalib İmanovun idarə etdiyi "Mercedes” markalı minik maşını toqquşub. Nəticədə "Chevrolet”in sürücüsü H. Tərlanov aldığı xəsarətlərlə Ucar Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Qəza nəticəsində qaz xətti ciddi zədələnib.

Ucar qaz istismar sahəsindən verilən məlumata görə, 1600 abonentin qaz təchizatı dayandırılıb. İstismar sahəsindən o da bildirilib ki, qısa müddətə qaz sızması dayandırılacaq və abonentlər təbii qazla təmin olunacaqlar.

Fakt araşdırılır.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->