Ölkə 11:17 17.02.2016

“Çudo Peçka” sabiq nazirdən alındı - FOTO

"Çudo Peçka" mağazalar şəbəkəsi məhkəmə qərarı ilə şirkətin keçmiş sahiblərinə qaytarılıb. 

Axşam.az-ın məlumatına görə, bu haqda əməkdar artist Röya Ayxanın keçmiş həyat yoldaşı Anar Cəlilov xəbər yayıb: 

“Son beş ildə "Bakery Operating Company" MMC-nin idarəçiliyinə verilmiş "Çudo-Peçka" mağazalar şəbəkəsi məhkəmə qərarına əsasən 15.02.2016-cı ildə şirkətin qanuni təsisçilərinə qaytarıldı.

"Çudo-Peçka" mağazalar şəbəkəsində "Bakery Operating Company" MMC-nin və direktor Azad Abdullayevin qaranlıq işləri səlahiyyətli şəxslər tərəfindən araşdırılmağa artıq başlanıb. Nəticələr barədə məlumat veriləcəkdir”.

A.Cəlilov bundan sonra sözügedən mağazalar şəbəkəsinə yenidən atası Çingiz Cəlilovun rəhbərlik edəcəyini vurğulayıb.

Məlumat üçün bildirək ki, "Çudo Peçka" Çingiz Cəlilovdan "Bank Standart"a olan borcuna görə bankın iddiası ilə alınmışdı. Bankın səhmlələrinin böyük hissəsinin sabiq iqtisadi inkişaf naziri Heydər Babayevə məxsus olduğu bildirilir.

Onu da bildirək ki, Anar Cəlilov Röya Ayxanla 2008-ci ildə ailə həyatı qurub. 6 illik bərabərlikdən sonra cütlük 2014-cü ildə boşanıb.

Qaynar.info