Xəbər lenti

Üç ayda İrandan min tondan çox forel gətirilib – Kiloqramı 7,6 manata
Ekonomiks 19:17 15.06.2026

Üç ayda İrandan min tondan çox forel gətirilib – Kiloqramı 7,6 manata

Bu ilin ilk 3 ayı ərzində Azərbaycana xarici ölkələrdən 1 052,45 ton təzə və ya soyudulmuş alabalıq (forel) idxal edilib.

Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, idxal olunan alabalığın ümumi gömrük dəyəri 4 milyon 686,7 min dollar olub.

Beləliklə, idxal edilən alabalığın 1 kiloqramının orta gömrük dəyəri 4,45 dollar (7,57 manat) təşkil edib.

Məlumat üçün bildirək ki, bu ilin ilk 3 ayında alabalıq ən aşağı qiymətə İrandan, ən baha qiymətə isə Norveçdən idxal edilib. İrandan gətirilən alabalığın 1 kiloqramının orta gömrük dəyəri 4,44 dollar (7,55 manat), Norveçdən gətirilən alabalığın 1 kiloqramının orta gömrük dəyəri isə 14,14 dollar (24,04 manat) olub.

Qeyd edək ki, idxal olunan alabalıq Azərbaycana bu ölkələrdən gətirilib:

İran – 1 051,04 ton (1 kiloqramının orta gömrük dəyəri 7,55 manat);
Norveç – 1,33 ton (24,04 manat);
Türkiyə – 0,07 ton (21,86 manat).
--> -->