İdman 12:31 25.10.2019

UEFA açıqladı: ən yaxşılar arasında iki "Qarabağ"lı var

UEFA Avropa Liqasının qrup mərhələsinin 3-cü turunun rəmzi komandasını açıqlayıb.

Qaynarinfo xəbər verir ki, ən yaxşıların arasında "Qarabağ”ın iki üzvü də yer alıb. 

Belə ki, ispaniyalı yarımmüdafiəçi Dani Kintana və braziliyalı müdafiəçi Ailton Silva rəmzi komanaya düşüb. Hər iki futbolçu ötən gecə Bakıda APOEL-lə keçirilən görüşdə (2:2) qol vurub:

Matvey Safonov ("Krasnodar") - Ailton Silva ("Qarabağ"), Viyndal ("Alkmar"), Artyom Şabanov ("Dinamo" Kiyev), Serxio Eskudero ("Sevilya") - Franko Vaskes ("Sevilya"), Teun Kopmeyners ("Alkmar"), Dani Kintana ("Qarabağ") - Ussama İdrissi ("Alkmar"), Roman Yaremçuk ("Gent"), Nikolas Pepe ("Arsenal").

Qeyd edək ki, Dani Kintana Avroliqanın 2-ci turunda da rəzmi 11-likdə yer almışdı.