İdman 11:11 05.04.2020

UEFA avrokuboklar üçün son tarixi müəyyənləşdirdi

UEFA hazırkı avrokubok mövsümünü avqustun 3-dək başa çatdırmaq niyyətindədi.

Qaynarinfo xəbər verir ki, bu barədə UEFA-nın prezidenti Aleksander Çeferin ZDF telekanalına açıqlamasında bildirib.

Onun sözlərinə görə, avrokubokların qalan qarşılaşmalarını milli çempionatların keçirildiyi günlərdə də keçirmək olar: "Böhran başa çatsa, mövsümün qalan hissəsinə tez başlamaq olar. Pley-off mərhələlərini hazırkı və ya bir oyunluq sistemlə keçirmək mümkündür. "8-lər" və ya "4-lər" finalı formatı isə hələlik bir hipotezdir. Əsas məsələ oyunçular, hakimlər və azarkeşlərin sağlamlığını təhlükə altında qoymamaqdır. Şərtlər təhlükəsizdirsə, heç bir problem görmürəm".