İdman 17:40 20.08.2018

UEFA ən yaxşı futbolçu adına namizədləri açıqladı

UEFA 2017/18 mövsümünün ən yaxşı futbolçusu adına namizədləri açıqlayıb.

Qaynarinfo xəbər verir ki, siyahıda "Real"ın xorvat yarımmüdafiəçisi Luka Modriç, yay fasiləsində "Kral Klubu”nu "Yuventus”a dəyişən portuqaliyalı hücumçu Kriştiano Ronaldo və "Liverpul"un misirli forvardı Məhəmməd Salah yer alıb.

Qeyd edək ki, qalibin adı avqustun 30-da Çempionlar Liqasının qrup mərhələsinin püşkatma mərasimində açıqlanacaq.