İdman 21:53 14.12.2018

UEFA Ermənistanı cəzalandırdı

UEFA Ermənistan Futbol Federasiyasını cərimə edib.

Qaynarinfo xəbər verir ki, buna UEFA Millətlər Liqasının III turunda keçirilən Ermənistan - Cəbəllütariq oyununda yerli azarkeşlərin etdikləri qeyri-etik hərəkətlər səbəb olub. Fanatlar sözügedən qarşılaşmada meydana yad əşyalar atıb və tribunada insident törədiblər. Bu səbəbdən Ermənistan Futbol Federasiyası 18 min avro cərimələnib

Qeyd edək ki, görüş Cəbəllüttariqin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Bu yığmanın tarixində ilk rəsmi qələbəsi olub.