İdman 23:10 22.05.2019

UEFA İcraiyyə Komitəsinin gündəliyi açıqlandı

Mayın 29-da Bakıda keçiriləcək UEFA İcraiyyə Komitəsi iclasının gündəlik məsələləri açıqlanıb.

Qaynarinfo AFFA-ya istinadən İcraiyyə Komitəsinin gündəliyini təqdim edir:

2021-ci ildə UEFA Qadınlararası Çempionlar Liqasının ev sahibinin müyyənləşdirilməsi
Müxtəlif yarışların və texniki qaydaların təsdiqi
Futzal üzrə UEFA Avropa Çempionatı 2020-22
2019/20 UEFA Avropa U-17 və U-19 çempionatları
2019/20 UEFA Avropa Qadınlararası U-17 və U-19 çempionatları
UEFA İntizam qaydaları (2019 buraxılışı)
UEFA Təhlükəsizlik qaydaları (2019 buraxılışı)
UEFA Klubların maliyyə nəzarəti orqanının prosedur qaydaları (2019 buraxılışı)
Turnirlərin əsasnamələri – Oyun qaydalarına adaptasiya
UEFA Avropa Gənclər çempionatlarının formatı
Reynhart Qrindelin UEFA vitse-prezidenti və FIFA İcraiyyə Komitəsi üzvlüyündən azad olunması
UEFA Grassroots mükafatı 2019
 

Qeyd edək ki, tarixdə ilk dəfə UEFA İcraiyyə Komitəsinin iclası Bakıda təşkil olunacaq.