İdman 11:43 19.12.2013

UEFA millimizin rəsmi oyunlarının tarixini açıqladı

UEFA 2016-cı ildə keçiriləcək Avropa çempionatının reqlamentini təsdiqləyib.

Apasport.az saytının məlumatına görə, 24 komandanın qatılacağı bu mötəbər yarışın final mərhələsi iyunun 10-dan iyulun 10-dək Fransada təşkil olunacaq.Püşkatması gələn il fevralın 23-də Nitsada baş tutacaq seçmə mərhələdə 53 komanda mübarizə aparacaq. Millilər hərəsində 5 və 6 komanda olmaqla, 9 qrupa bölünəcək. Hər qrupda ilk 2 yeri tutanlar final mərhələsinə yollanacaq.

3-cü yer sahibləri arasında ən yaxşı nəticəyə malik yığma da Avro-2016-ya qatılacaq. Eyni yeri tutan digər 8 komanda isə pley-offda 4 xoşbəxti müəyyənləşdirəcək.

Ümumilikdə, bu 23 milli meydan sahibi Fransa ilə yanaşı final mərhələsində çıxış edəcək.

Seçmə mərhələnin təqvimi

1-ci tur: 7, 8, 9 sentyabr 2014

2-ci tur: 9, 10, 11 oktyabr 2014

3-cü tur: 12, 13, 14 oktyabr 2014

4-cü tur: 14, 15, 16 noyabr 2014

5-ci tur: 27, 28, 29 mart 2015

6-cı tur: 12, 13, 14 iyun 2015

7-ci tur: 3, 4, 5 sentyabr 2015

8-ci tur: 6, 7, 8 sentyabr 2015

9-cu tur: 8, 9, 10 oktyabr 2015

10-cu tur: 11, 12, 13 oktyabr 2015

Pley-off mərhələsinin təqvimi

İlk oyunlar: 12, 13, 14 noyabr 2015

Cavab oyunları: 15, 16, 17 noyabr 2015

UEFA-nın qərarı ilə həftəsonu keçiriləcək qarşılaşmaların saat 21:00 və 23:45-də, adi günlərdə isə 23:45-də başlamalıdır. Komandalar cüt oyunlarını cümə axşamı-bazar, cümə-bazar ertəsi və ya şənbə-çərşənbə axşamı sistemi ilə keçirəcək. Millilər yalnız çərşənbə günləri oynamayacaq.

Qeyd edək ki, final mərhələsinin püşkü 2015-ci il dekabrın 12-də Parisdə baş tutacaq.

Qaynar.info