İdman 22:33 07.09.2017

UEFA “Qarabağ”la bağlı səhvini düzəltdi

UEFA “Qarabağ”ın 19 yaşadək futbolçulardan ibarət komandasının UEFA-dakı iştirak ərizəsində yol verdiyi səhvi aradan qaldırıb.

"Qaynarinfo" qol.az-a istinadən xəbər verir ki, qurumun rəsmi saytı əvvəlcə komandanın baş məşqçisi kimi Afrandil Hacıyevi göstərmişdi.

U-19-un baş məşqçisi Rəşad Sadıqovun oyunlar zamanı əsas komanda ilə Çempionlar Liqasında meydana çıxacağından UEFA komandanın baş məşqçisi kimi Hacıyevin adını qeyd etmişdi. Lakin A.Hacıyev müvəqqəti olaraq – Çempionlar Liqasının oyunları zamanı U-19-a rəhbərlik edəcək.

Qitənin ali futbol qrumu artıq səhvini düzəldib və komandanın baş məşqçisi kimi Sadıqov göstərilib.

Qaynarinfo.Az